» » Brüsseldə bağlı qapılar arxasında nələr danışılıb və hansı mövzuda gərginlik olub?

Brüsseldə bağlı qapılar arxasında nələr danışılıb və hansı mövzuda gərginlik olub?

Brüsseldə bağlı qapılar arxasında nələr danışılıb və hansı mövzuda gərginlik olub?


Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə 4 saatadək bağlı qapılar araxasında davam edən görüşün gündəliyini müəyyən edib, müzakirələr aparmaq elə də rahat olmayıb və müəyyən gərginlik şəraitində keçib. Ermənistanın tərəfinin danışıqların gündəliyinə, xüsusən də Qarabağın və burada yaşayacaq ermənilərin statusu, təhlükəsizlik məsələsi, Zəngəzur dəhlizi, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflər versə də, Bakının qətiyyətli mövqeyi nəticəsində həmin məsələlər müzakirələrin gündəliyindən çıxarılıb. 

Danıqşıqlarda Prezident İlham Əliyev növbəti dəfə birmənalı şəkildə bəyan edib ki, Qarabağ məsələsi bitib və bu məsələ danışıqlar predmeti ola bilməz. Bu, artıq Azərbaycanın daxili işidir. Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları kimi baxılır. Azərbaycan onların təhlükəsizliyinə təminat verir və onlara da digər vətəndaşlara verilən status veriləcək. Onların reinteqrasiyası prosesi müəyyən zaman çərçivəsində həllini tapacaq.  

Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını bəyan edərək onların gələcək taleyi ilə bağlı məsələni gündəlikdə olan məsələ kimi müzakirə etməkdən imtina edib. Bu məsələlərə sadəcə cari bir məsələ kimi baxıldığından yekun bəyanatda da əksini tapmayıb.

Nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyasi və demarkasiyası, sülh sazişi üzərində işlərinin sürətləndirilməsinə gəlincə, əsas diktə edən tərəf Bakı olub.

Əldə edilən məlumatlara görə, görüşdə rəsmi Bakı İrəvanı nəinki Brüssel formatında, eyni zamanda digər formatlarda əldə olunan razılaşmaları pozmaqda ittiham edib və bundan ciddi narahatlığını dilə gətirib.  

Rəsmi Bakı 31 avqust görüşündə bir daha bəyan edib ki, məhz İrəvanın üzərinə götürdüyü öhədlikləri və razılaşmaları icra etməməsi və bundan boyun qaçırması nəticəsində bölgədə gərginliklər yaşanır. 

Nəticədə Azərbaycan tərəfi də İrəvanı üzərinə götürdüyü öhədlikləri həyata keçirməsi üçün məcburedici taktikaya əl atmaq zorunda qalır.   

Brüssel görüşünün yekunu bir daha onu sübut edir ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən ölkə-Azərbaycandır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya