» » Pakistan səfiri: “Azərbaycan Prezidentinə təşəkkür edirik” - FOTO

Pakistan səfiri: “Azərbaycan Prezidentinə təşəkkür edirik” - FOTO

Pakistan səfiri: “Azərbaycan Prezidentinə təşəkkür edirik” - FOTO


“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”.

Bu barədə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabında paylaşım edib.

Diplomat qeyd edib:
“Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik.

Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan itkisi və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə iki milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya