» » Hafiz Kərimov: Heç bir qüvvə Azərbaycanın iradəsinə və mövqeyinə təsir edə bilməz

Hafiz Kərimov: Heç bir qüvvə Azərbaycanın iradəsinə və mövqeyinə təsir edə bilməz

Hafiz Kərimov: Heç bir qüvvə Azərbaycanın iradəsinə və mövqeyinə təsir edə bilməz


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı ölkənin dayanıqlı inkişafı üçün görülən işlərdən, işğaldan azad edilmiş ərazilərin bərpasından bəhs etdi, regionda sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini növbəti dəfə diqqətə çatdırdı. Dövlət başçısı, həmçinin ciddi xəbərdarlıq etdi: Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Əks halda, Azərbaycan müvafiq tədbirlər görəcək.
- Müzəffər Ali Baş Komandanın “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir”, - deyə vurğuladı. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bildirir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq! İstər Ermənistan, istərsə də təxribat cəhdlərinə rəvac və dəstək verən geosiyasi dairələr bilməlidirlər ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Ermənistanın isə iki yolu var: ya konstruktiv mövqe tutaraq, təxribatlardan əl çəkərək yeni imkanlardan yararlanacaq, ya da sabotajlarına davam edərək bumeranq effekti ilə üzləşəcək, daha sərt cəzalandırılacaq;
- Azərbaycan Prezidenti söylədi ki, “Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik”. Reallıq budur ki, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyevin siyasəti, Azərbaycanın strateji fəaliyyəti və geosiyasi iradəsi nəticə verir - regionda yeni nəqliyyat-kommunikasiya xətti yaradılır. Bəli, Zəngəzur dəhlizi reallaşdırılır. Ermənistan istəsə də, istəməsə də. Ümumiyyətlə, bu dəhlizin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki bu proyekt həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Bir sözlə, qalib Azərbaycan yeni mərhələdə - postmüharibə dövründə strateji hədəflərini reallaşdırır. Bu isə ölkəmizin iqtisadi imkanlarının artması, siyasi üstünlüyünün və beynəlxalq mövqeyinin möhkəmlənməsi, bir sözlə, daha güclü - qüdrətli Azərbaycan deməkdir;
- Prezident qeyd etdi ki, “Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi”. Bəli, Azərbaycan öz hərbi-siyasi gücü ilə yeni reallıq yaradıb. Artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur var. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Ən əsası, heç bir status müzakirə mövzusu deyil. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aydın və konkret mövqe ortaya qoyur.
Nəticə etibarilə, qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Biz bütün hədəflərimizə nail olacağıq. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik: “Bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya