» » Dünya yenidən şəkillənir: Türkiyə, Rusiya… Müharibələr nədən xəbər verir? - AÇIQLAMA

Dünya yenidən şəkillənir: Türkiyə, Rusiya… Müharibələr nədən xəbər verir? - AÇIQLAMA

Dünya yenidən şəkillənir: Türkiyə, Rusiya… Müharibələr nədən xəbər verir? - AÇIQLAMA


“Belə bir hipotezi qəbul edək ki, dünya yenidən bölüşdürülür. Bu isə müharibəsiz mümkün deyil”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında politoloq Əziz Əlibəyli son günlərdə Çinlə Tayvan, Kosova ilə Serbiya arasında gərginliyin pik həddə çatması barədə danışarkən deyib. O bildirib ki, artıq müharibənin formaları dəyişib:

“Çünki 21-ci əsrin texnologiyası istər-istəməz müharibələrin həyata keçirilməsində yeni metodları ortaya qoymuş olur. Bu mənada biz deyə bilərik ki, dünya müharibəsi başlayıb. Amma bunun aktiv fazaya qədəm qoyması məsələsi də var. Ola bilər, biz bunu 11 sentyabr hadisəsindən, ərəb inqilablarından, Rusiyanın Gürcüstana hücumlarından hesablayaq. Tarixlər və hadisələr ən müxtəlif formada ola bilər. Amma real olaraq Kosovada Serbiya ilə müharibə baş verə bilərmi məsələsi üzərindən tezislərimizi qursaq, birinci növbədə bilməliyik ki, bura çox dəhşətli bir yerdir və dünya müharibəsinin çıxdığı coğrafiyadır. Əvvəla ona görə ki, etnik tərkibi çox müxtəlifdir. Orada almanlar yaşayır və Almaniya Kosovanın Avropa Birliyinə qəbul edilməsində maraqlıdır. Bölgədə hər hansı bir proses baş verəndə Yuqoslaviyanın varisi kimi Serbiya özünü cavabdeh hesab edir. Başqa bir baxımdan burada ortadoks kilsəsinə beyət edən güney slavyanları - serbləri Rusiya Donetsk modeli kimi qoruyur. Bir hissəsində müsəlmanlar var, Türkiyəyə yaxınlığı ilə tanınır. Bir tərəfdə də müsəlman xorvatlar var. Kosova da müstəqilliyini təktərəfli elan edib, dünyada tam olaraq tanınmır. Ona görə də burada müharibənin olması və onun dünyaya sıçraması an məsələsidir. 
Qeyd etmək lazımdır ki, o coğrafiyada Türkiyənin çox böyük təsir imkanları var”.



Ekspert NATO-nun Kosova-Serbiya arasında müharibə olarsa, müdaxilə edəcəyi ilə bağlı açıqlamasına da toxunub:

“NATO bir dəfə 1999-cu ildə Yuqoslaviyanı bombaladı və Priştina müsəlmanlarını xilas etmək üçün əməliyyat keçirdi. Beləliklə, əslində, Rusiyaya gözdağı verdi ki, onun Balkanlardakı ən böyük müttəfiqini darmadağın etməklə oyundan kənar vəziyyətə qoydu və özünü də bu aqibətin gözləməsi ilə bağlı mesaj vermişdi. Ona görə də Serbiya ilə Kosovo arasında müharibənin olma reallığı çox yüksəkdir. Buna baxmaq lazımdır ki, müharibənin Ukraynadan Balkanlara sıçraması, Rusiyanın yoxsa, Rusiya qüvvələrini bölmək istəyən qarşı tərəfin planıdır? Və ya gözləmə rejiminə keçən Rusiyanın Ukraynadakı qismən uğursuzluğunu kompensasiya etmək planıdırmı? Bunların olma ehtimalı yüksəkdir”.

Ə.Əlibəyli Çin-Tayvan məsələsinə gəlincə isə söyləyib ki, bunlar arasında münasibətlərin hərbi sferaya qədəm qoyması gec-tez baş verəcək:
“Çox güman ki, Çin hərbi müdaxiləni reallaşdıracaq. Bunun dünya müharibəsinə gətirib çıxarmasına inanmıram. Bu, ABŞ və Çin münasibətlərinin hərbi sferaya daşınması deməkdir. Hazırda Çinlə ABŞ bir-birlərinə qarşı iqtisadi savaşa daxil olub.

Buradan da normal nəticənin çıxmasını güman etmək çətindir. Çünki 2 ölkə bir-birindən iqtisadi baxımdan çox asılıdır. Belə olanda iqtisadi formada hansı müharibəni aparacaqlar? Bunun özü də bir dilemmadır. Ona görə də biz yeni müharibələr görə biləcəyik. Bu, artıq qaçılmazdır. Yeni siyasi xəritə şəkillənir və dövlətlər yeni ərazilər ələ keçirməkdə maraqlıdırlar. Bu mənada biz digər bölgələrdə də müharibənin olmasını görəcəyik”, - deyə o əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya