» » Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

Əbülfəz Elçibəyin vəfatından 20 il ötür


Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

Əbülfəz Elçibəy uzun sürən xərçəng xəstəliyindən sonra 2000-ci il avqustun 22-də müalicə aldığı Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Onun nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Ə. Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.
Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

Prezident seçildikdən bir il sonra - 1993-cü ilin iyununda isə Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə köçüb.

Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya