» » Ərdoğan-Putin-Rəisinin Tehran görüşü Cənubi Qafqaza nə vəd edir? - Risklər və perspektivlər…

Ərdoğan-Putin-Rəisinin Tehran görüşü Cənubi Qafqaza nə vəd edir? - Risklər və perspektivlər…

Ərdoğan-Putin-Rəisinin Tehran görüşü Cənubi Qafqaza nə vəd edir? - Risklər və perspektivlər…


Sabah Tehranda mövcud qlobal geosiyasi proseslər fonunda Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı yaradılan Astana formatında yeddinci Zirvə toplantısı bir sıra ciddi məqamlardan xəbər verir. Baxmayaraq ki, Zirvə görüşünün keçirilməsinə ötən ilin sonunda razılıq əldə edilib. 

Astana prosesinin qarantı olan dövlət başçılarının Tehran görüşündə təkcə Suriya məsələsi deyil, digər beynəlxalq və regional məsələlər də müzakirə ediləcək. 

Nəzərə alsaq  ki, ölkəmizlə birbaşa sərhədi olan bu ölkələr özlərini beynəlxalq və regional güc  hesab edir, o baxımdan Tehran sammitinin Azərbaycan üçün də  nə qədər mühüm əhəmiyyət kəsb etdyini qeyd edə bilərik. 

Tehran sammitindən 44 günlük müharibəninin nəticəsi olaraq Cənubi Qafqazda yaranan reallığın şərtləri və buna uyğun olaraq yaradılacaq dayanıqlı sülh, sabitlik, eyni zamanda əməkdaşlıq formatları müzakirə ediləcək. Çünki bu üç ölkənin bölgədə yaranan yeni reallıqla bağlı maraqları heç də üst-üstə düşmür.  Moskva və Tehranın baxışı Ankaradan fərqlənir. Bu əsasən “Orta dəhliz” çəçrivəsində “Zəngəzur dəhlizi” layihəsinin reallaşması, sülh sazişi, təhlükəsizlik və digər məsələlərlə bağlıdır. 

Moskva və Tehranın bölgədə Ankara və Bakının yaratdığı  konfiqurasiyanın reallığını qəbul etməkdən başqa yolu yoxdur. Çünki bu reallıq digər beynəlxalq və regional oyunçular, xüsusən də Qərb tərəfindən ciddi şəkildə qəbul edilir və dəstəklənir. Lakin buna baxmayaraq Kreml və Tehran bacardıqca daha böyük “tikə” əldə etmək niyyətindədirlər. Təbii ki, bu məsələlərin Ankara ilə müzakirə edilərək uzlaşdırılmasına çalışılacaq. Təbii ki, Bakının maraqları nəzər alınmaqla… 

Odur ki, Tehran sammiitnin Cənubi Qafqaz üçün həm müsbət, həm də mənfi cəhətləri istisna deyil. Bu, görüşdəki müzakirələrin nəticələrindən asılı olacaq.

Onu da qeyd etmək lazımdır ki, yeni dünya düzənindəki mövcud vəziyyətdə Ankaranın avantajı Kreml və Tehrandan qat-qat üstündür. Ankaranın yeni dünya düzənindəki baxışları bir çox məsələlərdə, xüsusən də Cənubi Qafqazda üst-üstə düşür. Belə olan şəraitdə hər üç ölkənin bir-birinə daha çox dəstəyinə ehtiyacı var. O baxımdan Moskva və Tehranın Ankara ilə hansısa məsələdə konfrantasiyaya getmək yox, mövcud avantajı dəyərləndirib, onunla kompromislərə və qarşılıqlı anlaşmaya getməsi daha məqbul sayılar.  Bunun əksi isə ilk növbədə  Moskva və Tehranın ziyanına işləyəcək. Çünki Qərbin istər Cənubi Qafqaz, istər Suriya da daxil olmaqla  Yaxın Şərq, istər Ukrayna və istərsə də digər məsələlərlə bağlı aydın mövqeyi ortadadır. 

Onu da nəzərə almaq lazımdır ki, son vaxtlarda Qərb diqqətini Cənubi Qafqaza fokuslaşdırıb və bölgə uğrunda açıq mübarizəyə girib. Qərbin Cənubi Qafqazda aktivləşdiyi dövrdə MKİ şefinin gözlənilmədən İrəvana səfəri təsadüfi hesab edilə bilməz. Səfər zamanı keçirilən görüşlərdə əsas müzakirə predmeti Cənubi Qafqazdakı vəziyyət, İrəvan-Bakı-Ankara münasibətlərinin normallaşdırılması məsələsi olub. Bu artıq çox şeyi deyir. Qərbin bölgədəki  getdikcə daha  ciddi şəkildə aktivləşəcəyi müşahidə olunacaq. Belə bir şəraitdə Moskva və Tehranın gərginlik yaratmaq əvəzinə vəziyyəti dəyərləndirib, maraqlarına uyğun addım atması daha yaxşı olar. Bu eyni ilə İrəvana da aiddir. 

Risklər də qaçılmaz deyil. Moskva və Tehranın regional, xüsusən də Cənubi Qafqazdakı maraqlarından asanlıqla geriyə dayanacağını düşünmək sadəlöhvlük olar. Onların Cənubi Qafqazdakı maraqları uğrunda savaşı gərginliklərə və bu da müxtəlif formada təzahür edə bilər. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya