» » İrəvanın qərarına bir neçə gün qaldı - Türkiyə qapıda gözləyir: ya sülh, ya da...

İrəvanın qərarına bir neçə gün qaldı - Türkiyə qapıda gözləyir: ya sülh, ya da...

İrəvanın qərarına bir neçə gün qaldı - Türkiyə qapıda gözləyir: ya sülh, ya da...


44 günlük müharibə tək bölgədə vəziyyəti kökündən dəyişib, beynəlxalq ədaləti bərpa etmədi, eyni zamanda region dövlətlərinin hər biri üçün gələcəyə, inkişafa geniş imkanlar açdı ki, bu da özlüyündə bütünlükdə qitə, dünya üçün uzun illərdir mümkünsüz görünən layihələrin reallaşması baxımından olduqca böyük əhəmiyyətə malik oldu.  

Vətən müharibəsi o müharibələrdən oldu ki, bölgədə, regionda uzunmüddətli sülh üçün yeni imkanlar açdı. Hətta məsələ o yerə çatdı ki, Ermənistanda günü bu gün də düşmən ölkə olaraq bütün təhsil-tədris müəssisələrində uşaqlara, yeniyetmələrə aşılanan Türkiyə ilə də münasibətləri normallaşdırmaq, sərhədləri açmaq məsələsi günümüzün ən aktual mövzularından birinə çevrilib.



Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı bu deyilənlərin bariz nümunəsidir. İki ölkə lideri arasında təmasların yaxın perspektivdə baş tutmadığını nəzərə alsaq, Azərbaycanın dünya üçün nə qədər önəmli aktora çevrildiyini, nəhəng dövlətlərin bacara bilmədiyini bacardığını görürürk.

Bu telefon danışığı zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Türkiyə Prezidenti Ermənistanın baş nazirini isə qarşıdan gələn Vardavar münasibətilə təbrik edib. Liderlər ölkələri arasında münasibətlərin nizamlanması üçün ikitərəfli prosesinin vacibliyini vurğulayaraq, ölkələrinin xüsusi nümayəndələrinin 1 iyul görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.

Təbii ki, bu, Türkiyə və Ermənistan liderləri arasında ilk belə təmas deyil. Amma müharibədən sonrakı təmaslar köhnələrdən fərqlənir. Dövlət başçıları arasındakı dialoqdan belə məlum olur ki, iki ölkə arasında təmaslar sərhədlərin açılmasında maraqlıdır. Ancaq onu da əlavə edək ki, Ərdoğanla Paşinyan arasında ilk dəfə telefon danışığı gerçəkləşib.

Burada ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, qalmaqallı Sürix protokollarından sonra sözgedən telefon danışığı Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur.



Bu gün Bakı və Ankara bölgədə elə bir yeni geosiyasi vəziyyət yaradıblar ki, hər iki ölkə İrəvanla vasitəçi olmadan dialoq aparır. Bu danışıqların əsas vəzifəsi Ermənistanı keçmiş ritorikasından uzaqlaşdırmaqla sülh müqaviləsinin imzalanması məsələsini ən qısa zamanda həll etməkdir.

Paşinyan əlinin içi kimi bilir ki, Azərbaycan və Türkiyənin iştirakı və icazəsi olmadan Ermənistan nəinki iqtisadi və sosial yoxsulluqdan çıxa bilməyəcək, üstəlik Avropaya tək qapısı, Türkiyə qapısı qeyri-müəyyən tarixə qədər bağlı qala bilər. 

Bu baxımdan İrəvan da istəyir ki, Türkiyə ilə təmaslar məntiqi nəticəsini tapsın. Proseslər və ehtimallar deməyə əsas verir ki, yaxın vaxtlarda Ərdoğan və Paşinyan arasında üzbəüz görüş də keçirilə bilər. Telefon danışığı həm də o görüşə, bir növ, hazırlıq xarakteri daşıyır. 



Xüsusilə də 44 günlük müharibənin bitdiyi dövrdən geridə qalan son ilyarım ərzində Bakı ilə Ankaranın qərarlarında sinxronluğun müşahidə edilməsi deməyə əsas verir ki, İrəvan da yaxşı anlayır ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsində Azərbaycan faktoru həlledicidir.

Bakı və Ankara Paşinyana başqa çıxış yolu qoymayıb. O, yaxşı bilir ki, əks halda Ermənistan 44 günlük müharibənin şokunu üzərindən atmamış növbəti zərbəni ala bilər. onu yeni müharibə gözləyir. Xüsusilə də Azərbaycanla sərhəddə Ermənistan tərəfinin törətdiyi son təxribatlar, revanşistlərin səsləndirdikləri sərsəm bəyanatlar yeni hərbi əməliyyat ehtimalını daha da artırır. Bu məntiqdən yola çıxsaq, deyə bilərik ki, İrəvanın qərar vermək üçün bir neçə həftəsi var.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya