» » General İqbal Babayevlə bağlı yayılan xəbər yalan çıxdı

General İqbal Babayevlə bağlı yayılan xəbər yalan çıxdı

General İqbal Babayevlə bağlı yayılan xəbər yalan çıxdı


Dünən Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsinin bəzi idarələrində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında məşhur general İqbal Babayevin də adı hallanır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, generalın həbs edilməsi xəbəri həqiqəti əks etdirmir.

Hazırda onun iş başında olduğu bildirilir. Bir saat öncə o, Feysbuk hesabında paylaşım da edib.
Qeyd edək ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.

İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim;

1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent;

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri;

2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru;

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini;

2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsi;

2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində elmi seminarlarda və konfranslarda iştirak etmiş və elmi məruzələri ilə çıxış edib. Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən Professor elmi adı verilib.
BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri təyin edilib.

Bir çox yerli və beynəlxalq layihələrə, o cümlədən “Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”, “Gömrük sistemində Bir pəncərə”, “Elektron Gömrük”, ”SMART CUSTOMS” və “Malların buraxılış vaxtının ölçülməsi” və ticarətin asanlaşdırılması üzrə digər innovasiya layihələrinin rəhbəri olub.

Asiya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızstan və Ukrayna ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirib. 2021-ci ildən ATƏT-in Orta Asiya ölkələri üzrə “Sərhədyanı əməkdaşlıq və İqtisadi əlaqələr üzrə Dövlət Gömrük Xidmətinin potensialının gücləndirilməsi” sahəsi üzrə beynəlxalq ekspertidir.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə Azərbaycan Republikasının Prezidentinin 252 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə Azərbaycan Republikasının Prezidentinin 2631 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub.

Ukrayna, İngilis və Rus dillərini bilir.

Əlavə edək ki, DTX-nin dünənki əməliyyatı ilə bağlı Gömrük Komitəsi tərəfindən rəsmi açıqlama veriləcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya