İslam İsmayılov: Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”
Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov - 44 günlük Vətən müharibəsi otuzillik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücünü, həm xalqımızın milli birliyini, həm də mənəvi keyfiyyətlərini göstərdi. Azərbaycan əsgəri ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmadı, şəhər və kəndləri dağıtmadı. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ərəfəsində işğaldan azad edilmiş ərazilərimizə gerçəkləşən səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, Zəngilan Beynəlxalq Hava Limanında, “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda bütün infrastrukturu dağıtdı, yeraltı və yerüstü sərvətləri taladı, maddi mədəniyyət nümunələrini yox etdi. Ermənilər ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd ediblər. Bu gün ölkə Başçısının qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyir. Dövlətimizin başçısı Ağalı kəndinin sakinləri ilə görüşündə vurğuladı ki, “iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad olunmuş bütün əraziləri o qədər tez bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq qədərdir, bir Livana bərabərdir. Yəni, təsəvvür edin, nə qədər böyük işlər nəzərdə tutulur.” Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Bütün maliyyə və texniki imkanlar, kadr potensialı layihələrin icra olunması üçün peşəkar şəkildə səfərbər olunub.
Böyük Qayıdış üçün bütün mövcud potensiallar səfərbər olunub. Nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Ağalı kəndi “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.Zəngilanın, eləcə də digər ərazilərimizin bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. Zəngilanın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlər sürətlə inşa edilir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur” Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsi olacaq. Ümumilikdə, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
Təsisçi və baş redaktor: Hacı Ruslan Həsənov