» » Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə

Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə



Ölkədə formalaşan siyasi konfiqurasiya prosesi artıq dayanıqlı bir formada davam edir.

İslahatların növbəti mərhələsinin davamı olaraq ötən müddət ərzində siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırda da proses davamlı surətdə aparılır.

Bu prosesin tərkib hissəsi kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi təşkilatlar arasında aparılan dialoq çərçivəsində partiya sədrləri ilə növbəti silsilə görüşlərə başlayıb. Artıq Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin üzvü Elşən Musayevlə belə görüş keçirilib. Görüşlərdə formalaşan yeni siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi, dayanıqlığı kimi bir sıra mühüm və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Görüşlərdə həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin siyasi sabitliyin qorunub saxlanmasında, yeni siyasi konfiqurasiyanın və vətəndaş həmrəyliyinin formalaşmasında rolunun xüsusi önəmi qeyd olunub.

Diqqət çəkən məqamlardan biri də görüşlərdə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıq mövzusunun da geniş müzakirə olunmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, ölkədəki siyasi və milli həmrəyliyin formalaşması dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biridir.

Dialoq və əməkdaşlıq formatının 44 günlük Vətən müharibəsindəki Qələbəmizi təmin edən əsas amillərdən biri hesab olunması ilə bağlı bu gün cəmiyyətdə dəyişilməz fikir formalaşıb. Hərbi güc, iqtisadi inkişafla yanaşı, müharibə dönəmində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dövlətin və xalqın haqq işini dəstəkləyən birmənalı çıxışları, bu çıxışların məntiqi sonluğu olan dəstək bəyanatları həmin dönəmdə daxildə yaradıla biləcək hər hansı ayrı-seçkiliyin qarşısını elə ilk dövrdən almış oldu. Azərbaycanın siyasi mühitində mövqeyi olan partiyaların Vətən və dövlət naminə birlik nümayiş etdirməsi əslində bir müddət əvvəl əsası qoyulan siyasi dialoqun cəmiyyətə verdiyi mühüm töhfə idi.

Bir zamanlar bu siyasi dialoqa, iqtidar-müxalifət münasibətlərinin sivil qaydada inkişafına qarşı çıxanların dövlət və dövlətçilik maraqlarını yox, öz şəxsi ambisiyalarını qorumaq cəhdinin qarşısı da zamanında alındı. Hər kəsə aydın oldu ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir.

Problem hesab olunan məsələlərin köklü surətdə əməkdaşlıq və dialoqla aradan qaldırılmasının mümkünlüyü məhz 44 günlük Vətən müharibəsində təsdiqləndi. Müharibədən sonra siyasi partiyaların sədrlərinin işğaldan azad edilən torpaqlara səfərinin təşkili də mübarizənin uğurlu nəticəsini birlkdə qeyd etməyin verdiyi zövq idi. Yeni mərhələdə də PA-nın şöbə müdirinin siyasi partiya sədrləri ilə növbəti dəfə görüşlərə başlaması ölkədə dialoq mühitinin qorunub saxlanması və inkişafına xidmət edir.

Bu addım ölkənin daxilində münasibətlərin daim sivil formada inkişafı, siyasi qüvvələr arasında münasibətlərinin konstruktiv əməkdaşlıq formatına keçidi baxımından çox mühümdür. Eyni zamanda, bu əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət etməklə bərabər, təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək. Siyasi inkişaf və dayanlıqlı sivil münasibətlərin formalaşması dialoq və əməkdaşlıqdan keçir.

Görünən odur ki, dövlət bunda maraqlıdır. Ölkədə alternativ fikrin inkişaf, demokratiya təzahürü olduğunu görür və bütün fikirləri dinləyb qiymətləndirməyi bacarır. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə görüşlərdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini və yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğunu bildirməsi bunun təsdiqidir.

Xalqın və dövlətin mənafeyinin ən üst səviyyədə təmininə aparan əməkdaşlıq və dialoqda hər iki tərəf maraqlıdır. Xalq və dövlətin mənafeyi üçün lazım gələrsə, iqtidar-müxalifət demədən bir masa ətrafında oturmaq dövlətçilik ənənəsinin möhkəm təməllər üzərində qurulması və gələcəyə ötürüləcək çox yaxşı ənənədir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya