» » “Müharibə partiyası” Brüssel prosesini pozmaq üçün son cəhdlərini edir - Paşinyan devrilə bilərmi?..

“Müharibə partiyası” Brüssel prosesini pozmaq üçün son cəhdlərini edir - Paşinyan devrilə bilərmi?..

“Müharibə partiyası” Brüssel prosesini pozmaq üçün son cəhdlərini edir - Paşinyan devrilə bilərmi?..


Ermənistanda Rusiyaya və xaricdəki erməni lobbisinə bağlı radikal-revanşist qüvvələrin hakimiyyətə qarşı küçə etirazları və yürüşləri səngimir. Əsas tələb baş nazir Nikol Paşinyanın istefasıdır.

Xatırladaq ki, aksiyalar xüsusən də Brüssel sülh prosesi real məzmun alandan sonra vüsət götürüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair ortaq işçi qruplarının qurulmasına dair əldə olunan razılaşma, ardınca Paşinyanın Bakı ilə sülh anlaşmasının qaçılmazlığı və “artsax”ın “statusu” ilə bağlı “balankı” aşağı salmağın zəruriliyi barədə öz xalqına ünvanlı məlum bəyanatları radikal erməni müxalifətini, bütövlükdə “müharibə partiyası”nı özündən çıxarıb, hərəkətə gətirib...

Hökuməti əleyhinə etirazların fonunda isə son günlər Kəlbəcər və digər istiqamətlərdə sərhədlərimizin atəşə tutulması intensivləşib. Həmçinin Qarabağda Rusiya “sülhməramlı”larının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni separatçıların dövlətimizı qarşı həyasız təxribatları artıb. Bu da növbəti fakt.

Belə ki, qış fasiləsindən sonra Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilər yenidən mühəndis işlərinə, o sırada səngər qazma işlərinə start veriblər. Bu barədə Caliber.az məlumat yayıb.

Bildirilir ki, mayın 3-də erməni yaraqlılarının Xocavənd istiqamətində “uzunmüddətli atəş mövqeləri” qurduqları müşahidə olunub. Üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verib. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar. Videodan aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin onlar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə, öz iştirakları ilə onlar üçün örtük rolunu oynayıblar.

Qeyd edək ki, analoji faktlar əvvəllər də qeydə alınmış, Azərbaycan Ordusu tərəfindən onların qarşısı qətiyyətlə alınmışdı...

Bu da diqqətçəkəndir ki, “sülhməramlılar”ın gözü qarşısında, faktiki onların loyallığı hesabına davam edən bu cür təxribatçı əməllər, habelə sərhəd təxribatları Brüsseldə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan ikinci görüşə təsadüf edir. Xəbər verildiyi kimi, Hacıyev-Qriqoryan danışıqlarının konkret nəticə verəcəyi təqdirdə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti dəfə Brüsseldə bir araya gələcəkləri bildirilib. Yüksək səviyyəli daha bir görüş isə sülh prosesinə geridönməz xarakter verə bilər.

Bu mənada şəkk-şübhə yox ki, İrəvandakı isterik etirazlar hər şeydən öncə Brüssel prosesini pozmağa hesablanıb. Bundan ötrü bütün rıçaqlar hərəkətə gətirilmiş kimi görünür. Unutmaq olmaz ki, cinayətkar Köçəryan-Sərkisyan tandeminin başçılıq elədiyi Qarabağ klanının və daşnakların (Ermənistandakı etirazlara onların adamları rəhbərlik edir) Qarabağdakı separatçı ünsürlərə ciddi təsir imkanları qalır. Bəzi məlumatlara görə, silahlı separatçıların bir qrupu radikal müxalifətə dəstək üçün hətta İrəvana gətirilib. Əlbəttə ki, 1 nömrəli hədəf “Türkə satılan” Paşinyanın iqtidardan salınmasıdır. Alınacaqmı?

“İndi İrəvanda baş verənlər doğum sancısına bənzəyir. Nəticə olaraq daxildə qarışıqlıq və Paşinyan hakimiyyətinin devrilməsi baş verə bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Kəlbəcərdəki mövqelərimizin atəşə tutulmasını və İrəvanda davam edən mitinqləri Axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, tanınmış hərbi ekspert, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistanın daxilindəki müəyyən qüvvələr bölgədə sülhə və təhlükəsizliyə mane olmaq üçün xaricdəki mərkəzlərin sifarişlərini icra edirlər: “Hazırda Ermənistanda dövlət içində dövlət var. Bu ”dərin dövlət"in isə əli qanlıdır. Onların əli Xocalıda, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və digər bölgələrdə soydaşlarımızın qanına batıb. Bu əliqanlı qatillər sülhün bərqərar olmasını istəmirlər. Çünki əgər sülh olsa, birincisi, qatillər dəstəsinin mənfəətləri təhlükəyə düşəcək, ikincisi isə son 200 ildə muzdlu kimi alət olduqları imperial əməllərin sonu gələcək. Bəzi imperialist ölkələr bölgəyə birbaşa müdaxiləyə mane olduğu üçün burada dayanıqlı sülhün bərqərar olmasında maraqlı deyillər. Bu əliqanlı qatillər və onların böyük qardaşları həm cəbhədə, həm də Ermənistanın daxilində vəziyyəti gərginləşdirmək yolu ilə Paşinyan hökumətini təzyiq altında saxlamaq istəyirlər. Məqsəd həm Brüssel görüşlərində əldə olunan razılaşmaların həyata keçməsini, həm də Türkiyə-Ermənistan normallaşma prosesini əngəlləmək yolu ilə Rusiyanın bölgədə “həllsizlik” planını reallaşdırmaqdır".

General Ermənistanda baş verən hadisələrin hakimiyyət çevrilişi ilə nəticələnə biləcəyini, Azərbaycanın sərhəddəki təxribatlara sərt cavab verməli olduğunu qeyd edib: “Ermənistanda daxili qarışıqlıq, Paşinyan hakimiyyətinin devrilməsi baş verə bilər. Sözügedən qüvvələr bir tərəfdən özünü sülhsevər kimi göstərmək istəyir, digər tərəfdən, daxildə çəkişmələr olsun deyə, öz əməllərindən çəkinmir, eyni zamanda Azərbaycanın sərhəd mövqeləri qəsdən atəşə tutulur. Bir neçə gün öncə Ali Baş Komandan İlham Əliyevin həm Şuşada, həm də ADA-da çıxışı zamanı vurğuladığı kimi, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımadığını elan edəcək. Bununla bərabər isə Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən vəzifəni yerinə yetirərək, yarımçıq qalmış işləri tamamlayacaq...”

*****

Məsələ də ondadır ki, Ermənistanda xarici mərkəzlərin idarə elədiyi radikal-revanşist çevrələr və onlara ümid bəsləyən Qarabağdakı separatçı tör-töküntüləri, deyəsən, odla oynadıqlarının fərqində deyillər. Bakının səbrini sınağa çəkməyin nəyə gətirə biləcəyini belə görünür, onlara bir daha, əyani göstərmək lazım gələcək...
Musavat.com
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya