» » “Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq” - AÇIQLAMA

“Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq” - AÇIQLAMA

“Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq” - AÇIQLAMA


Martın 7-də Ermənistandan Qarabağa təbii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb.On iki mart gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik bəlli deyil.
"Hərbi ekspert Ədalət Verdiyev hazırda Qarabağda baş verənlərlə bağlı “sherg.az”a danışarkən  bildirib ki, bu erməni silahlılarının indiyə qədər həmin ərazilərdən çıxarılmamasının nəticəsidir: 



“Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması Qarabağda rusların nəzarətində yaşayan ermənilərin qaz təminatının dayanması ilə nəticələndi. Böyük ehtimalla bu qaz xəttini Ermənistan tərəfdən atılan mərmi zədələyib. Həftələrlə gəlməyən qaz  elektik təchizatına tələbatı artırdı və nəticədə ermənilərin istifadəsində olan tranfarmator sistemi  də  yüklənməyə tab gətirməyib sıradan çıxdı”.

Ə.Verdiyevin qənaətincə, hazırda erməni silahlılarının Azərbaycan tərəfinə açdığı  atəşə adekvat cavab tədbirlərinin görülməsi ordumuzun ata biləcəyi ən yumşaq addımdır:
 “Əslində atəş açılan mövqelərin tamamilə Azərbaycanın  nəzarətinə keçməsini və həmin ərazilərdə bayrağımızın ucaldılmasını gözləyirdik. Yəqin ki, yaxın günlərdə bu da baş verəcək. İstənilən halda indi Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları  məsuliyyət daşıyırlar”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya