Sabah hökumət Milli Məclisə hesabat verəcək
- 14-03-2022, 16:00
- Siyasət
- 0
- 171
Sabah - martın 15-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək.
"Bununla bağlı Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı parlamentin iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. Həmçinin toplantıda hökumət üzvləri də iştirak edəcək. Onlar deputatların hesabatla bağlı qaldırdığı məsələlərə cavab verəcəklər.