» » Keşlə qəsəbəsində abadlıq-quruculuq işləri geniş vüsət alır

Keşlə qəsəbəsində abadlıq-quruculuq işləri geniş vüsət alır


Qışın gəlişi ölkənin təsərrüfat sahələrinin işində böyük ehtiyatların görülməsinə səbəb olub. İndi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Nizami rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.

Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir. 

Rayonun ən iri yaşayış sahəsi sayılan Keşlə qəsəbəsinin siması da son zamanlar xeyli dəyişmişdir. Ərazisi 37,4 kvadratkilometr, əhalisi isə qeydiyyatsız yaşayanlarla birlikdə təqribən 45-50 min nəfər təşkil edən Keşlə Bakının ən qədim yaşayış sahələrindəndir. Hazırda irili-xırdalı 400-dək müəssisənin fəaliyyət göstərdiyi qəsəbə, həm də paytaxtın iri sənaye zonalarından sayılır. Ötən il qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılmış, sakinlərin üzləşdikləri sosial problemlərin əksəriyyəti aradan qaldırılmışdır. Belə ki, 2021-ci ildə əhalinin qaz, elektrik enerjisi, içməli su ilə təminatı xeyli yaxşılaşmış, sakinlərə göstərilən poçt-rabitə xidmətinin səviyyəsi yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda Keşlə qəsəbəsi üzrə nəzərdə tutulmuş işlərin uğurla yerinə yetirilməsi isə bütövlükdə sakinlərə göstərilən kommunal xidmətlərlə yanaşı, təhsil, səhiyyə və digər sahələrin də işinə müsbət təsir göstərmişdir. Ötən il qəsəbədaxili yolların asfaltlaşdırılması, ensiz küçələrin genişləndirilməsi, səkilərin yaradılması, müasir avtobus dayanacaqlarının quraşdırılması sakinlərin dərin razılığına səbəb olmuşdur. 

Qəsəbədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir. 

Keşlə sakinlərinin içməli su ilə təminatının yaxşılaşdırılması da rayon icra hakimiyyətinin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Qəsəbə nümayəndəliyi tərəfindən sakinlərin sosial problemlərinin həlli ilə bağlı da lazımi işlər görülür. 2021-ci ildə şəhid ailələrinin və Qarabağ qazilərinin sosial problemləri qəsəbə nünayəndəsi Anar Ağayev tərəfindən yaxından tanış olmuş, həllində əlindən gələn köməkliyini etmişdir.

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar müəllim sakinlərə sıx-sıx görüşərək onların problemləri ilə maraqlanır və həllində müsbət keyfiyyətləri ilə seçilir. Son zamanlar qəsəbədaxili yolların asfaltlaşdırılmasına diqqət getdikcə artırılır. 

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar müəllim Rayon İcra Başçısının və ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırıqlarını vaxtı-vaxtında görməklə bərabər rəhbərliyin etimadını yüksək səviyyədə qazanmışdır.

Bizdə Redaksiya olaraq Anar Ağayevə gələcək işlərində uğurlar arzulayırıq.



Hacı Ruslan Məmmədov

Təsisçi-baş redaktor



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya