“Qarabağ Müharibəsinə biganə qalmağımızdan söhbət gedə bilməz” - İbrahim Kalın
- 6-01-2022, 09:00
- Siyasət
- 0
- 220
“Türkiyə sülh, təhlükəsizlik, sabitlik və rifah anlayışlarına geniş perspektivdən baxmalıdır”.
Bunu “Kriter” jurnalına müsahibəsində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
Körfəz böhranından Liviyaya, Qarabağ müharibəsindən Şərqi Aralıq dənizinə kimi bizi xüsusilə narahat edən regional hadisələrə biganə qalmağımızdan söhbət gedə bilməz. Göz yummağa çalışsanız belə, bu problemlər vaxtında tədbir görməsəniz, qapınıza gələcək, amma bu dəfə hazırlıqsız yaxalanacaqsınız.
Türkiyənin belə bir lüksü yoxdur. Ona görə də Türkiyə 2022-ci ildə və 2023-cü ilə qədər davam edən prosesdə fəal xarici siyasət perspektivi ilə milli imkanlarını artıraraq, regional və qlobal müttəfiqliklərini gücləndirməyə davam edəcək”, - Kalın bildirib.