» » Həmid Həsənov: İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir

Həmid Həsənov: İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir

Həmid Həsənov: İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir



Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənov - Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli Lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən 18 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub. Prezident cənab İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Ümummilli Liderin ən layiqli varisi olan Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyadakı siyasi proseslərə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Prezident cənab İlham Əliyev Ulu Öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi-sosial tərəqqini fenomenal bir gerçəyə çevirib.

Ali Baş Komandan Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir. Çünki məhz Prezident cənab İlham Əliyevin sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Prezident İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Düşmən üzərində qazandığımız bu parlaq zəfər 18 illik müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən Prezident cənab İlham Əliyevdir. Məhz cənab Prezidentin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Prezident cənab İlham Əliyev bir daha alternativsiz Lider olduğunu təsdiqlədi. Vətən müharibəsi dövründə Prezident cənab İlham Əliyev bütün cəbhələrdə öndə idi. Prezident cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi müsahibələrdə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz

haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırmağı bacardı. Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi.

Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən Prezident cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdır, Prezident cənab İlham Əliyev isə Qarabağımızı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq. Prezident İlham Əliyev siyasi fəaliyyətində və karyerasında dürüst, xalqa açıq siyasət yürütdüyü üçün təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil beynəxalq ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini yazmışdır. Azərbaycan tarixinin ən ciddi, həyati əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik, sərkərdəlik etmək missiyası nəsib olmuş cənab İlham Əliyevin geniş analitik təfəkkürü-dərin zəkanın, formalaşdığı və yaşadığı zaman-dövran və mühitin, keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin məcmusudur.

Prezident cənab İlham Əliyev xaraktercə islahatçıdır, yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında daim təşəbbüskardır. Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni və əxlaqi, ənənəvi dəyərlərin qorunub saxlanılmasında mühafizəkardır və bu məsələlərdə konkret münasibət ifadə etməkdən çəkinmir. Ulu Öndərin yolunu davam etdirən Prezident cənab İlham Əliyev şəxsiyyəti Azərbaycan tarixində Ulu Öndərdən fərqli olaraq gənc yaşda həm Azərbaycanın keçən bütün tarixində dünyada tanınan qüdrətli dövlət kimi tarixə düşməsinə, həm də Ulu Öndərin irsinin, ideyalarının və siyasi yolunun uğurla davam etdirilməsi ilə Heydər Əliyev fenomenal şəxsiyyətinin adının tarixə qızıl hərflərlə yazılmasının məsuliyyətini üzərinə götürdü. Onun həyat yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə sıx bağlı olub və hələ Azərbaycan tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Uca Tanrı artıq müdrik dövlət xadimi Cənab İlham Əliyevə nəsib edib. 

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya