» » Moldova axtarışda olan Peqovu niyə Bakıya vermədi - iki mümkün səbəb

Moldova axtarışda olan Peqovu niyə Bakıya vermədi - iki mümkün səbəb

Moldova axtarışda olan Peqovu niyə Bakıya vermədi - iki mümkün səbəb


“WarGonzo”nun jurnalistinin xüsusi xidmət orqanları tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılması suallar doğurub

Vətən müharibəsi zamanı cəbhədən təxribat xarakterli saxta məlumatlar yayan “WarGonzo”nun jurnalisti Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Ölkə.Az"ın məlumatına görə, Moldova xüsusi xidmət orqanlarının əməkdaşları Peqovun üzərində axtarış aparıb, onun telefonlarına, noutbukuna və digər avadanlıqlarına baxış keçiriblər, daha sonra Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəklərini bildiriblər. Amma Peqov deportasiya olunaraq, sərbəst buraxılıb.

Maraqlıdır ki, ermənilər də artıq onu ittiham etməyə başlayıblar. “2020-ci ilin iyulunda, 2021-ci ilin oktyabr-noyabr aylarında bu yaramazın canlı yayımları, daha doğrusu, düşmənin dəqiq atəşi ilə nə qədər erməni oğlanı həlak olub”. Bu barədə Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan feysbukda yazıb.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan S.Peqovla bağlı Azərbaycanın baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Əgər Peqov İnterpol xətti ilə axtarışa verilibsə, onu saxladıqdan sonra bu barədə onu axtaran ölkəyə məlumat verilməlidir. Qarabağa Azərbaycan hökumətindən icazəsiz dəfələrlə səfər etmiş bloger Aleksandr Lapşin 2017-ci ildə Minskdə həbs edilərək Bakıya gətirilmişdi. A.Lapşin də eynilə Peqova qarşı irəli sürülmüş maddələrlə ittiham olunurdu. Bəs niyə Moldova Peqovu Azərbaycana təhvil vermədi? Dövlətlərarası razılaşma yoxdur, yoxsa rəsmi Kişinyov risk etmədi?



Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, mətbuatdan oxuduğuna görə Peqova Moldova da cinayət işi açıb: “Onun Dnestryanı ərazilərdən çəkilişləri olub. Moldova özü də onu mühakimə etmək istəyir. Çünki oxşar qanunsuzluqlardır - bizdə də, orada da eyni səfərlər edib. Amma Moldova onu buraxdı və Azərbaycana verməməsi həm Avropa İttifaqı, həm Rusiya ilə böyük konfliktə girmək istəməməsindən qaynaqlana bilər. Çünki bu cür həbsləri bəziləri ifadə azadlığı, jurnalist fəaliyyətinə qarşı təzyiq kimi qiymətləndirir, bəzisi cinayət əməli kimi yanaşır. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin özfəaliyyətinə görə həbsinə çox pis baxır. Hətta Peqov kimi adamların da həbsinə mənfi yanaşırlar”.

Ə.Mustafayev yada saldı ki, Bakı Lapşini azad etməli oldu, hətta bloger Avropa Məhkəməsində qalib gəldi: “Ola bilsin ki, Moldova da tənqidlərdən yayınmaq üçün bu addımı atıb. Nə vaxtsa Peqovu mühakimə etsək, Lapşin kimi onunla da bağlı tənqidlərlə üzləşə bilərik. Eyni zamanda, Ermənistanda da ondan narazıdırlar. Çünki yalan informasiyalar yayıb. Peqov hökumətə işləyib, qoy elə Ermənistan özü onu mühakimə etsin, heç bizimkilər baş qoşmasınlar. Onun mühakiməsi bizə strateji cəhətdən heç nə verməyəcək. Baxmayaraq hamımızın ondan zəhləsi gedir, amma tərəfdarıyam ki, Azərbaycanın hüquq-mühafizə orqanları onu mühakimə etməsinlər, beynəlxalq təpkilərə məruz qalmayaq”.



Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Moldovada Maya Sandu iqtidarı yeni formalaşmaqdadır. Ekspertin fikrincə, yeni iqtidar Qərbə inteqrasiya xəttini tutub, lakin Rusiya ilə özünü pis etməmək niyyətindədir: “Moldova Avropa Birliyinin üzvü olmaq arzusundadır. Hakimiyyətin Avroatlantik məkana inteqrasiya seçimi Moskvanın xoşuna gəlmir. Kişinyov təzyiqlərlə üzləşə bilər deyə ehtiyatlı siyasət aparır. Ona görə Peqovu azad edərək Rusiya ilə konfliktə girmək istəmədi. Digər tərəfdən, onun mühakimə olunması o qədər asan deyil. Azərbaycan da Rusiya ilə rəvan gedən münasibətlərini bir jurnalistə görə poza bilməz. Əsas məsələ budur ki, Peqovun Qarabağdan ayağı kəsilməlidir. Onun bu yaxınlarda yenidən qanunsuz səfər etməsi göstərdi ki, separatçılar və Ermənistan tərəfindən himayə edilir. Ümumiyyətlə, Peqov separatçı bölgələrin jurnalistidir və bu statusla da ad çıxarıb”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya