“Azərbaycanla əldə olunan razılaşma vacibdir” - Paşinyan
- 16-12-2021, 12:43
- Siyasət
- 0
- 184
“Azərbaycanla dəmir yolunun inşası ilə bağlı əldə olunan razılaşma vacib layihədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən deyib.
“Bu, vacib razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik. Bu, regionda iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, yaxın zamanlarda diqqəti bu tapşırığın həllinə yönəltmək lazımdır. O bildirib ki, həmçinin Prezident İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsinə dair razılaşma da əldə olunub.