Paşinyan İlham Əliyevlə görüşdən danışdı
- 15-12-2021, 10:01
- Siyasət
- 0
- 188
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verib.
Modern.az məlumatına görə, N.Paşinyan bildirib ki, Şarl Mişel və İlham Əliyevlə baş tutan üçtərəfli görüşdə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzurdan keçən dəmir yolunun yenidən istifadəyə verilməsi üçün razılıq əldə olunub.
O, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında, beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun təşkil olunacağı diqqətə çatdırıb.
“Ermənistan İran İslam Respublikası və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”,-deyə N.Paşinyan əlavə edib ki, tərəflər ünsiyyəti davam etdirməyə razılaşıblar.