Prezidentin sakinlə maraqlı dialoqu, deputatın zarafatı - VİDEO
- 7-12-2021, 10:45
- Siyasət
- 0
- 154
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində olan zaman dövlət başçısı ilə qəsəbə sakini arasında maraqlı dialoq yaşanıb.
Prezident qəsəbə sakinindən neçə yaşının olmasını soruşduqda o, 85 olduğunu bildirib. Bu zaman isə dövlət başçısı “Maşallah” deməsindən sonra, deputat Vahid Əhmədov “Cavan oğlana oxşayır” deyərək zarafat edib.
Deputatın zarafatı Prezidentin təbəssümünə səbəb olub.
Dövlət başçısı həmçinin "Bura səfalı yerlərdir, burada yəqin ki, uzunömürlülər çoxdur" deyib.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar və xatirə şəkli çəkdiriblər.
<embed width="640" height="360" src="https://player.olke.az?v=3988&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>