Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması müzakirə olunub
- 2-12-2021, 11:46
- Siyasət
- 0
- 209
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.