Главная > Səhiyyə > Pfizer vaksininin istifadə müddəti uzadıldı - Rəsmi

Pfizer vaksininin istifadə müddəti uzadıldı - Rəsmi


22-11-2021, 13:37. Разместил: admin
Pfizer vaksininin istifadə müddəti uzadıldı - Rəsmi


Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. 

"Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir. 

Qeyd edək ki, son günlər Azərbaycanda Pfizer vaksininin istifadə müddətinin bitməsi ilə bağlı məlumat yayılmışdı. 


Вернуться назад