Главная > Səhiyyə > İmmun sertifikatının vaxtı bitdikdən sonra hansı müddətdə vaksin olunmaq lazımdır?
İmmun sertifikatının vaxtı bitdikdən sonra hansı müddətdə vaksin olunmaq lazımdır?8-09-2021, 11:56. Разместил: admin |
İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdurarsa vaksin sertifikatı ala bilər. Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır: "İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır". Вернуться назад |