Главная > Səhiyyə > Azərbaycanda 6-7 aydan bir peyvəndlənmə təkrarlanacaq - Həkim
Azərbaycanda 6-7 aydan bir peyvəndlənmə təkrarlanacaq - Həkim23-06-2021, 10:08. Разместил: admin |
Peyvəndin cəmiyyətdəki effektivliyinin məntiqi nəticəsi olaraq 6-7 aydan bir peyvəndlənmə prosesinin təkrarlanmasını müşahidə edəcəyik. Bunu "İşgüzar səhər" proqramında həkim Vasif İsmayıl deyib. O bildirib ki, tibbi cəhətdən koronavirus peyvəndi hər altı aydan bir təkrarlanmalıdır: "Aparılan araşdırmalar göstərdi ki, peyvəndlənəndən və ya virusa yoluxub sağalandan sonra qandakı anticismlər 6 ay ərzində qoruma sərhədindən aşağıya doğru gedir. Ona görə də III və IV doza peyvəndlənmə olacaq. Bu günə qədər bu məsələnin çox danışılmamasının səbəbi peyvəndin təsirinin yoxlanılması ilə bağlıdır". Вернуться назад |