Главная > Səhiyyə > Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü
Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü3-06-2021, 10:55. Разместил: admin |
İraqda "qara kif" kimi tanınan mukormikoz xəstəliyi qeydə alınıb. "Bu barədə yerli səhiyyə idarəsinin sözçüsü bildirib. Ümumilikdə, ölkənin Nasiriya şəhərində xəstəliyə 4 yoluxma və iki ölüm hadisəsi qeydə alınıb. Əlavə olaraq bildirilir ki, xəstələr vaxtında düzgün müalicə olmazsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər. Xatırladaq ki, bu xəstəlik koronavirusun yan təsirləri səbəbilə yaranıb və ilk olaraq Hindistanda qeydə alınıb. Hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarıblar. Вернуться назад |