Главная > Səhiyyə > Sağlamlığınızı Avrasiya Hospitala etibar edin!
Sağlamlığınızı Avrasiya Hospitala etibar edin!23-08-2021, 14:13. Разместил: admin |
LOR (Qulaq-Burun-Boğaz) həkim və estetik cərrah Arif Məmmədov - Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı, Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradıldı və hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xəstəxanası koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alır. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar da davam etdirilir. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır. Ölkəmizdə son dövrlərdə bir çox özəl tibb müəssisələri və regional tibb mərkəzləri fəaliyyət göstərir. Yeni fəaliyyətə başlayan Avrasiya Hospital- çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək Tibb müəssisələri arasında Lider mövqelərdən birini tutur. Avrasiya hospitalın yeni binasının inşası 2011-ci ilin ortalarından başlanılmışdır. Sağlam yaşam üçün qapılarını açan Avrasiya Hospital 9 mərtəbə olmaqla ümumi 6000 m2 sahəyə malik olan və bütün tibbi ehtiyacları qarşılaya biləcək 5* ulduzlu otel rahatlığında sizə xidmət göstərən sağlamlıq mərkəzidir! Hospitalımız 50 yataqlı cərrahi stasionar, 15 yataqlı reanimasiya şöbəsi, 4 cərrahi, 2 angioqrafiya cihazi ilə təchiz olunmuş əməliyyatxana, bütün poliklinik şöbələri özündə birləşdirir və 24 saat xidmətinizdədir. Hospitalımızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar aparılır. Avrasiya Hospitalda Azərbaycanın tanınmış həkimləri, həmçinin xarici ölkələrdə təkmilləşmiş, yüksək peşəkarlığa malik uzman həkimlər xidmət göstərməkdədir. Hospitalda geniş profilli Poliklinika, Radiologiya, İnvaziv Radiologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ortopediya-Travmatologiya, Anesteziologiya və Reanimasiya, Nevrologiya, Kardiologiya, Endokrinologiya, LOR, Urologiya, Ginekologiya, Gastroenterologiya, Hepatologiya, Terapiya, Pediatriya, Stomatologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya, Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbələri fəaliyyət göstərir. Həmçinin Avrasiya Hospitalda müasir tələblərə cavab verən İnsult Mərkəzi, Diabetik Ayaq Mərkəzi, Aritmoloji Mərkəz, Yuxu laboratoriyası, Eşitmə Mərkəzi və Estetik Mərkəz fəaliyyət göstərməkdədir. Diaqnostika bölümündə Kompyuter Tomoqrafiya, Nüvə Maqnit Rezonans tomoqrafiya, Rentgen, Mammaqrafiya, Densitometriya, USM, EKQ, Holter, EXOKQ, Tredmil test, Endoskopiya və s. diaqnostik xidmətlər və sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuş laboratoriyamız xidmətinizdədir. Sağlamlığınızı peşəkarlara həvalə edin! Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, LOR (Qulaq-Burun-Boğaz) həkim və estetik cərrah Arif Məmmədovdur. LOR (Qulaq-Burun-Boğaz) həkim və estetik cərrah Arif Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Arif Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Arif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Arif Məmmədovdan danışdılar yaxşı ki, Arif Məmmədov LOR (Qulaq-Burun-Boğaz) həkim və estetik cərrahdır… Arif Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir…. Arif Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Arif Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Arif Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Arif Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Arif Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun LOR (Qulaq-Burun-Boğaz) həkim və estetik cərrah kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Arif Məmmədov özünü doğruldub. Bizdə hörmətli Arif Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Вернуться назад |