Главная > Səhiyyə > Baş infeksionist bunu TƏKZİB ETDİ
Baş infeksionist bunu TƏKZİB ETDİ21-07-2020, 12:11. Разместил: admin |
Son zamanlar tibb işçilərinin arasında kütləvi COVİD-19 virusa yoluxması barədə xəbərlər yayılmaqdadır və bu da həkimlərin fəaliyyətində ciddi problemlər yaradır. Bir sıra media orqanları və sosial şəbəkələrdə xəsətəxanalarda həkim çatışmazlığından şikayət olunur. Məsələ ilə bağlı açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyilən fikirləri təkzib edib. O, bu xəbərlərin əsassız olduğunu, xəstəxanalarda həkimlərin öz fəaliyyətini uğurla həyata keçirdiklərini bildirib: “Bunlar əsassız xəbərlərdir. Bütün xəstəxanalarda həkimlərimiz öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçilərimiz layiqincə xəstələrimizin qulluğunda dura bilirlər. Təəssüf hissi ilə bildirim ki, həkimlər arasında yoluxanlar, dünyasını dəyişənlər də var. Bunlar bizi çox üzür, biz həkimlərimizi qorumalıyıq. Onlar da özlərini qorumağa çalışmalıdırlar. Çünki onlar təkcə özlərinə yox, bütün xalqımıza lazımdır. Mən də hazırda xəstələrə qulluq edirəm, maksimum özümü qorumağa çalışıram. Xəstələrimiz də bu işdə həkimlərimizə dəstək olmalıdır. Görürsünüz ki, xəstələr palatanın qapısını açıq qoyurlar , səbəbini soruşduqda isti olduğunu deyirlər. Bu, yolverilməz hərəkətdir, qəti qadağandır. Ona görə xəstələri daha diqqətli olmağa çağırıram. Biz tibb işçilərimizi qorumalıyıq. Bundan başqa həkimlərin geyindikləri o xüsusi formaların necə ağır olduğunu qeyd etmək istəyərdim. Adi insan 30 dəqiqə o geyimdə qalsa, çətin olduğunu başa düşər. Ona görə gəlin, birlikdə bu virus ilə mübarizə aparaq, ona qalib gələk”. Вернуться назад |