Главная > Səhiyyə > Azərbaycanlı həkim vaksinasiyadan qorxanlara müraciət etdi
Azərbaycanlı həkim vaksinasiyadan qorxanlara müraciət etdi18-02-2021, 10:06. Разместил: admin |
Vaksinasiyadan qorxmağın əsası yoxdur, əslində, vaksinlə bağlı şübhəli yanaşmaların olması bilgisizlikdən irəli gəlir. Vaksin hər zaman pandemiyadan qurtulmağın tək yolu olub. Bunu Trend-ə "Yeni klinika"nın həkim-laborantı Nurəli İsmayılov deyib. Həkimin sözlərinə görə, o, artıq vaksinin birinci dozasını vurdurub və özündə heç bir yan təsirlər müşahidə etməyib: "Özümü çox normal hiss etdim. Bir həkim kimi hər kəsə məsləhət görürəm ki, xüsusilə risk qrupuna daxil olan şəxslər peyvənd olunsunlar. Вернуться назад |