Главная > Səhiyyə > Qocalanda ağılı itirməməyin sadə yolu tapılıb
Qocalanda ağılı itirməməyin sadə yolu tapılıb20-07-2020, 11:20. Разместил: admin |
ABŞ-da Stouni Bruk Universitetinin alimləri qocalma ilə əlaqəli neyrobioloji dəyişikliklərin 50 yaşına yaxınlaşan insanlarda baş verdiyini müəyyənləşdiriblər. MedicalXpress-in xəbərinə görə, istehlak edilən karbohidratların miqdarını azaltmaqla bunun qarşısını almaq olar. Tədqiqatçılar 18-88 yaş arası 1000 nəfər üzərində təcrübə apararaq, onlara funksional maqnit-rezonans beyin tomoqrafiyası tətbiq ediblər. Yaşlandıqca idrak funksiyalarının azalması və insulin müqavimətinin artması ilə əlaqələndirilən beyin bölgələri arasındakı funksional əlaqələrin pozulmasının ortaya çıxdığı məlum olub. Bildirilir ki, diabet öncəsi vəziyyət və 2-ci tip diabet neyronları qlükozanın effektiv metabolizmi prosesinə maneə törədir. (sağlamolun.az) Вернуться назад |