Главная > Səhiyyə > Azərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏR
Azərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏR4-02-2021, 12:13. Разместил: admin |
Azərbaycanda bu günə qədər koronavirusa yoluxanların sayı 230 min 617 nəfər təşkil edir. Baku.ws xəbər verir ki, ölkədə pandemiya ilə əlaqədar aparılan tədbirlər nəticəsində 224 min 168 nəfər COVID-19 virusundan sağalıb. Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 2 426 945 test icra olunub. Hazırda aktiv xəstələrin sayı isə 3304 nəfər təşkil edir. Qeyd edək ki, dünyada bəlaya çevrilən COVID-19 virusu, əfsuslar olsun ki, Azərbaycanda bu günə kimi 3145 nəfərin həyatına son qoyub. Ölkədə koronavirusa yoluxma halları daha çox 2020-ci il 7-13 dekabr tarixində qeydə alınıb. Ən çox yoluxma Bakı (52,2%) və Abşeronun (12,9%) üzərinə düşür. Ən çox yoluxanların yaş bölgüsünə görə 50-59 yaş 21 faizlə üstünlük təşkil edir. Ölkə üzrə yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir. Вернуться назад |