Главная > Səhiyyə > Koronavirus xəstəliyinin qeyri-adi nəticəsi və bundan xilas olma yolları
Koronavirus xəstəliyinin qeyri-adi nəticəsi və bundan xilas olma yolları28-12-2020, 10:24. Разместил: admin |
![]() Uzun müddət COVID-19 virusundan əziyyət çəkən şəxslərdə bu xəstəliyin qeyri-adi nəticələri aşkarlanıb. Oxu.az xəbər verir ki, onlar mövcud olmayan qoxuları qəbul etməyə başlayıblar. Bu fenomen parosmiya adlanır. Xəstələr balıq və kükürd qoxusundan şikayət edir, onları iyrənc adlandırırlar. Mütəxəssislər bu “unikal” nəticəni SARS-CoV-2-nin neyrotrop virus olması ilə nəticələndirirlər. Bundan xilas olmaq üçün həkimlər gündə 20 saniyə limon, qızılgül və qərənfil qoxlamağı məsləhət görür. Bu qoxu hissinizi bərpa etməyə kömək edəcək. Вернуться назад |