Главная > Səhiyyə > Alimlərdən D vitamini ilə bağlı vacib açıqlama: 10 xəstədən doqquzunu xilas edə bilərdik
Alimlərdən D vitamini ilə bağlı vacib açıqlama: 10 xəstədən doqquzunu xilas edə bilərdik26-12-2020, 10:58. Разместил: admin |
Dünya alimlərindən ibarət beynəlxalq komanda D vitamininin qəbulu və koronavirusun gedişatı ilə bağlı son araşdırmaları təqdim ediblər. Oxu.az xəbər verir ki, aparılan son tədqiqatlar nəticəsində D vitamininin COVID-19 xəstəliyinin gedişatına müsbət təsir göstərdiyi məlum olub. Alimlər xüsusi olaraq vurğulayıblar ki, orqanizmdə D vitamininin səviyyəsi normal olan insanlar koronavirusu daha asan keçirir. Əksinə, koronavirusa yoluxmuş və orqanizmdə D vitamini səviyyəsi az olan insanların virusdan zərər görmək riski daha yüksəkdir və bir çox hallarda bu xəstələri ventilyasiya aparatına qoşmaq ehtiyacı yaranır. Əlavə olaraq vurğulanır ki, insanların kifayət qədər D vitamini ehtiyatı olsaydı, COVID-19-dan ölən 10 şəxsdən doqquzunu xilas etmək mümkün olardı. Вернуться назад |