Главная > Səhiyyə > ABŞ-da peyvənd edilən tibb işcisində allergik reaksiya yarandı

ABŞ-da peyvənd edilən tibb işcisində allergik reaksiya yarandı


17-12-2020, 09:52. Разместил: admin
ABŞ-da peyvənd edilən tibb işcisində allergik reaksiya yarandı


ABŞ-ın Alyaska ştatından olan tibb işcisinə yerli “Pfizer” şirkəti və onun “BioNTech” alman partnyoru tərəfindən hazırlanmış koronavirus peyvəndi vurulub və sonra onda güclü allergik reaksiya yaranıb.
Report xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, tibb işcisi xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir.

Şirkət nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.


Вернуться назад