Главная > Səhiyyə > İybilmənin itməsi: COVID-19 və digər virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərq
İybilmənin itməsi: COVID-19 və digər virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərq14-12-2020, 09:51. Разместил: admin |
Koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək Covid-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar. "Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan terapevt Elena Selkova COVID-19 və kəskin respirator virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərqi açıqlayıb. Həkim yerli mətbuata açıqlamasında bildirib ki, koronavirus zamanı qoxu itkisi burunun selikli qişasında yığıtı olmadan, yəni burun axıntısı olmadan yaranır. "Burun axmır onun tıxanıqlığı və ümumiyyətlə, nəfəs almaqda çətinlik olmur" deyən mütəxəssis, bir neçə gündən sonra xəstəliyin əsas əlamətlərinin görünməyə başladığını söyləyib. Həkim əlavə edib ki, kəskin tənəffüs yolları xəstəliklərində qoxu hissi itir, ancaq bu zaman burunun selikli qişası tıxanır, bu bölgədə mucus yığılır və tıxanma hissi yaranır. Bundan əvvəl E.Selkova, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarə ola biləcəyini söyləyib. O qeyd edib ki, burunun selikli qişasının şişməsi ilə qoxu yox ola bilər. Bir qayda olaraq, bu, xüsusilə yazda çiçəkləmə dövründə kəskin tənəffüs xəstəlikləri və ya allergik reaksiyalar səbəbindən baş verir. Əlavə olaraq, qoxu itkisi ürək böhranından sonra və ya burunun xəlbir sümüyünün qırılması ilə bağlı baş verə bilər. Вернуться назад |