Главная > Səhiyyə > Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər

Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər


27-11-2020, 10:36. Разместил: admin
Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər


Həkimlər qarın ağrısından şikayət edən amerikalı qadında, “gəzən dalaq” adı ilə bilinən nadir xəstəlik aşkar edib.
Müvafiq məlumat “New England Journal of Medicine” də yayımlanıb.

Xəstələnmədən əvvəl, 36 yaşlı qadında qaraciyər müayinəsi aparılıb, bu müddətdə heç bir dalaq anomaliyası aşkar edilməyib. Ancaq bir gün sonra qadın güclü qarın ağrısı hiss edib və qusmağa başlayıb.

Müayinədən sonra qadında dalağın 30 santimetr yerdəyişməsi aşkar edilib. Həkimlərin fikrincə, orqanın yerdəyişməsi damar sistemi ilə dalağa bağlı olan qaraciyər səbəbindən baş verib.

Qadına daha əvvəl qaraciyər sirrozu xəstəliyi diaqnozu qoyulub. Nəticədə qan dövranı çətinləşdiyi üçün çox miqdarda qan dalağa girərək onun böyüməsinə və ətrafdakı bağların uzanmasına səbəb olub.

Həkimlər hesab edir ki, dalaq üçün ən təhlükəli vəziyyət dalaq infarktıdır. Bunun nəticəsində insan ölə bilər.(Report)


Вернуться назад