Главная > Səhiyyə > Antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır - AÇIQLAMA
Antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır - AÇIQLAMA24-11-2020, 12:25. Разместил: admin |
“Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır”. Oxu.az məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. H.Harmancı qeyd edib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını məhdudlaşdırmalıdır: “Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”. Вернуться назад |