Главная > Səhiyyə > Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq12-09-2024, 12:15. Разместил: admin |
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeyd edilib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub. Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir. Вернуться назад |