Главная > Səhiyyə > Xərçəngin dərmanı dovşanda tapıldı

Xərçəngin dərmanı dovşanda tapıldı


30-10-2023, 09:13. Разместил: admin
Xərçəngin dərmanı dovşanda tapıldı


Rusiyanın Soçi universirtetinin alimləri xərçəngin dərmanının dovşanda ola biləcəyini irəli sürüb.

"Medicina" xəbər verir ki, onblar dovşanda olan miksoma virusubun xərçəng şişləri ilə mübarizə apardığını müşahidə ediblər.

Miksoma virusu insanlar üçün təhlükə yaratmır və dovşan hüceyrələrində yayılır. Bununla belə, virus xərçəng hüceyrələrini öldürür.

Siçanlar üzərində təcrübə bu hepotezi təsdiqləyib.

Tədqiqat çərçivəsində mütəxəssislər siçanlara xərçəng hüceyrələrini yeridib, 8-9 gün ərzində onların üzərində qoz böyüklüyündə şiş yetişdirib, sonra isə siçanları miksoma virusu ilə yoluxdurublar. Virus şiş hüceyrələrinə hücum edib onları zərərsizləşdirib.


Вернуться назад