Главная > Səhiyyə > Azərbaycanda karantinlə bağlı açıqlama
Azərbaycanda karantinlə bağlı açıqlama18-09-2023, 10:55. Разместил: admin |
"Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır". Bu fikirləri "Report"a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, COVID-19-un yeni ştamı olan "Eris"in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər: "Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik". Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun "Eris" növünə, bütün ştamlara yoluxa bilərlər: "Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər". Вернуться назад |