Главная > Səhiyyə > Reanimasiyadakı xəstələrin sayı azalıb
Reanimasiyadakı xəstələrin sayı azalıb26-08-2020, 09:46. Разместил: admin |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumata əsasən hazırda ölkədə 1 848 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 161 nəfər reanimasiyada, 20 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 35 559 nəfər virusa yoluxub, 33 190 nəfər sağalıb. Bu gün 6 612 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 885 279 test aparılıb. Qeyd edək ki, bu gün 133 koronavirusa yoluxma faktı qeydə alınıb, 86 nəfər sağalıb, 2 nəfər ölüb. Вернуться назад |