Главная > Səhiyyə > Payızda koronavirusa yoluxma arta bilər? - VİDEO

Payızda koronavirusa yoluxma arta bilər? - VİDEO


13-09-2022, 16:00. Разместил: admin
Payızda koronavirusa yoluxma arta bilər? - VİDEO


Havalar soyuduğundan insanlar daha çox qapalı məkanlara üz tuturlar.

Bu zaman isə onlar arasında təmaslar artır, sosial məsafə isə gözlənilmir. Nəticədə virusun yayılması daha da asanlaşır.

İnfeksionistlər bildirirlər ki, payız fəsli bütün respirator infeksiyalar üçün də münbit şərait yaradır.
İnfeksionist Vasif Əliyev yeni dərs ilinin başlaması ilə yoluxma ehtimalının daha da arta biləcəyinə diqqət çəkdi.

İnfeksionist bildirib ki, təhsil ocaqlarında sıxlıq müşahidə olunacaq ki, bu zaman həm müəllim, həm də valideynlər diqqətli olmalıdırlar.

V.Əliyev onu da qeyd edib ki, payız-qış mövsümündə digər qrip infeksiyaları da aktivləşdiyindən COVID-19-la payız qripini ayırmaq çətindir və bu məqamda yalnız diaqnostik üsula müraciət etmək lazımdır.

<embed width="640" height="360" src="https://player.olke.az?v=10043&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад