Главная > Səhiyyə > “Ölüm sayı 8 milyona çata bilər” - siqaret çəkənlərlə bağlı HƏYƏCAN TƏBİLİ

“Ölüm sayı 8 milyona çata bilər” - siqaret çəkənlərlə bağlı HƏYƏCAN TƏBİLİ


28-07-2022, 15:00. Разместил: admin
“Ölüm sayı 8 milyona çata bilər” - siqaret çəkənlərlə bağlı HƏYƏCAN TƏBİLİ


“ÜST-ün məlumatına görə, orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkir. Onlardan 10 faizi qadınlar, 47 faizi isə kişilərdir. Bu tendensiya artır”.

Bu sözləri Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsinin müdiri Vasif Abdullayev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, ildə 3 milyondan çox insan tütün çəkdiyi üçün yaranan fəsadlardan vəfat edir:
“Bu tendensiya belə davam edərsə, 2030-cu ildə ölüm sayı 8 milyona çata bilər. Siqaret çəkmək bir vərdiş, asılılıq olsa da ondan qurtulmaq mümkündür. Xəstələrlə işləyirik. Görürük ki, 50-60 yaşında şəxslər cavanlıqda bunun zərərləri barədə məlumatsız olduqlarından bu pis vərdişə yiyələniblər. Müşahidələr göstərir ki, gənc yaşlarda maariflənmə olmalıdır. Ürək, qan-damar xəstəlikləri, onkoloji xəstəliklər və s. bundan yaranır. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsində yatan xəstələrin 70 faizi siqaret çəkdikləri üçün orqanizmdə yaşadığı fəsadlardan müalicə alanlardır. Xüsusilə də ağciyərlərin xroniki abstruktiv xəstəliyi üstünlük təşkil edir. Bu xəstəliyin ölümlə nəticələnmə riski həddən çoxdur”.




Вернуться назад