Главная > Səhiyyə > Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur
Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur3-07-2020, 11:58. Разместил: admin |
Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir. Bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib. Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir: "Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur". Вернуться назад |