Главная > Səhiyyə > Bu ölkələr pandemiyanı bitirir: COVID testi müsbət olanlar karantində qalmayacaq
Bu ölkələr pandemiyanı bitirir: COVID testi müsbət olanlar karantində qalmayacaq11-02-2022, 16:00. Разместил: admin |
İngıltərənin baş Naziri Boris Conson koronavirus pandemiyası ilə bağlı müsbət çıxışlar edib. Ötən gün Britaniya parlamentində çıxış edən Conson bildirib ki, tendensiya davam edərsə, martın 24-dək davam edəcək mövcud məhdudiyyətlər bir ay əvvəldən ləğv edilə bilər. O həmçinin söyləyib ki, koronavirus testinin nəticəsi müsbət çıxanlar üçün beş günlük karantin tələbi də qaldırılacaq. İngiltərə hökumətinin fevralın 21-də "COVID ilə yaşamaq" strategiyasını açıqlayacağı gözlənilir. Digər tərəfdən, İngiltərəyə gələnlər üçün tətbiq edilən qaydalar da yumşaldılıb. Bu gündən ölkəyə gələcək peyvənd olunmuş şəxslərdən PCR testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün karantinə girmə öhdəliyi aradan qaldırılacaq, lakin test tələb olunmağa davam edəcək. ABŞ-ın bəzi ştatları da karantin qaydaları yüngülləşdirir. Xəstəliklərə Nəzarət və Monitorinq Mərkəzi (CDC) tövsiyələrini dəyişməsə də, Nyu York, Kaliforniya və Massaçusets kimi ştatlar qapalı məkanlarda maska və peyvənd tələbini qaldırdıqlarını elan edib. Bu gündən etibarən Nyu Yorkdakı müəssisələrdə maska taxmaq artıq məcburi deyil. Martın əvvəlində məktəblərdə maska tələbinin aradan qaldırılması nəzərdə tutulur. Вернуться назад |