Yavər Şıxaliyev: Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib
- 31-05-2021, 09:00
- Səhiyyə
- 0
- 450
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi Yavər Şıxaliyevdir.
Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi Yavər Şıxaliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yavər Şıxaliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Yavər Şıxaliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Yavər Şıxaliyevdən danışdılar yaxşı ki, Yavər Şıxaliyev Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimidir… Yavər Şıxaliyev öz isguzarlığı ilə tanınır və seçilir….
“1950-ci illərin əvvəllərinədək vərəm xəstəliyi tam sağala bilməyən xəstəliklər siyahısında idi. Son 50-60 ildə isə elmi təbabətin sürətli inkişafı sayəsində bu xəstəliyə yoluxanların 95 faizə qədəri müasir müalicə üsulları ilə tam sağala bilir. Yerdə qalan 5 faizində isə tam sağalma mümkün olmur. Bunun isə səbəbləri çoxdur: yoxsulluq, normal qidalanmamaq, dərman təminatının yetərli olmaması, xəstənin həkim məsləhətinə ciddi əməl etməməsi, stiqma...”
1 saylı Vərəm Dispanserinin baş həkimi, professor Yavər Şıxəliyevin sadaladığı bu səbəblər Azərbaycan üçün də xarakterikdir. Onun sözlərinə görə, bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburidir. Ancaq vərəm daşıyıcısı olan xəstələr əksər hallarda ətrafdakıların ona münasibətinin dəyişəcəyindən qorxaraq xəstəliyini gizlətməyə çalışır. Bu isə nəticə etibarilə vərəmli xəstələrin qeydiyyatdan və həkim nəzarətindən yayınmasına gətirib çıxarır: “Bu, həmin xəstələr və onların yaxınları üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Ona görə də belə xəstələr heç nədən çəkinməməli, vaxtlı-vaxtında həkimə müraciət etməlidir”
1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev isə bildirir ki, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburi qaydada həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda vərəmli xəstələr ümumi mərkəzləşmiş qaydada pulsuz ərzaq məhsulları ilə təmin olunur, stasionarlarda pulsuz şəkildə müalicə edilir, dərmanlar pulsuz verilir: “Vərəmli xəstələr üçün dərmanların satışı yığışdırılıb və dərmanları vərəm dispanserləri verir”.
1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev - Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin beynəlxalq iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu əlaqələrin yüksək temp ilə inkişafında mövcud olan faktorlardan biri kimi layihələrin inkişafında ölkəmiz etibarlı bir tərəfdaş kimi böyük uğurlara imza atmasıdır. Qazanılan müsbət imic, əldə olunan qarşılıqlı etibar və inam müstəqillik qazandığı dövrdən bu günədək Azərbaycanın iştirak etdiyi layihələrdə tərəfdaş kimi öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən irəli gəlir. İqtisadi əlaqələrdə qazanılan əməkdaşlıq digər sahələrdə - siyasi və hərbi-təhlükəsizlik sahələrində də əməkdaşlıqların əldə edilməsilə nəticələnib. Layihələrin icrası, əməkdaşlığın davamlı inkişaf etdirilməsi üçün Azərbaycanın üzərinə düşən öhdəlikləri qətiyyətlə yerinə yetirməsi tərəfdaş ölkələr tərəfindən rəğbətlə qarşılanıb.
Qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması Azərbaycanı beynəlxalq aləmdəki etibarlı tərəfdaş kimi tanıtmışdır. Əsasən iqtisadi əlaqələr üzərində qurulan bu əməkdaşlıq prinsipləri Azərbaycanın enerji resurslarına digər dövlətlərin ehtiyacından irəli gəlir. Beynəlxalq enerji layihələrinin reallaşdırılması, təkcə region ölkələri deyil, Avropa dövlətlərinin də Azərbaycan neftinə və qazına olan tələbatı Azərbaycanın dünyada liderlik qabiliyyətini artırır. Düzgün aparılan xarici iqtisadi-siyasət kursumuz nəticəsində Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib.
Vətən müharibəsində əldə edilən Zəfər Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi qarşıda görüləcək abadlıq-quruculuq işləri, yeni ifrastruktur layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratmışdır. Enerji layihələrinin icrası üçün yaradılacaq yeni nəqliyyat dəhlizlərinin açılması layihələrin müvəffəqiyyətlə icrası üçün əlverişli şəraiti labüd edir. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən etibarlı əməkdaşlığın qarşıda görüləcək işlərdə də öz əksini tapacağı heç kimdə şübhə oyatmır. Azərbaycanın əldə etdiyi uğurlar və dünya birliyində, beynəlxalq aləmdə formalaşdırdığı müsbət imic bu günədək apardığı düzgün xarici siyasətin və görülən işlərin nəticəsidir.