» » İndi daha sağlam indi daha peşəkar

İndi daha sağlam indi daha peşəkar





Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Medistyle Hospital"in rəhbəri dr.Samir Abbasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Medistyle Hospital"in rəhbəri dr.Samir Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Samir Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Samir Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Medistyle Hospital"in rəhbəri dr.Samir Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Xəstəxanamızda pasiyentlərin rahatlığı və sağlamlığı üçün hər şey tamamilə əskiksiz və qüsursuz şəkildə planlaşdırmışdır.
Medistyle Hospital 2012-cü ildən fəaliyyət göstərir. Hospital ümumi sahəsi 4500 kvm olan 6 mərtəbəni əhatə edir. Xəstəxana geniş profillidir. Medistyle Hospital Poliklinika, əməliyyat bloku, starionar bölmə, intensiv terapiya və terapevtik stasionar şöbədən ibarətdir. Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış təcrübəli uzman həkimlər geniş maddi-texniki bazaya malik bölmələrdə müvafiq tibbi yardım göstərirlər.
İnsan və sağlamlıq düşüncəsinin işığında yüksək keyfiyyətli, etik, xəstələrin hüquqlarına hörmət edən və pasiyentlərin ehtiyaclarını qarşılamağa istiqamətlənmiş xəstəxanamız beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir.
Bu gün keyfiyyətli tibbi xidmətə tələbat artır, daim özünü təkmilləşdirən və xidmət əhatəsini genişləndirməyə çalışan xəstəxanamız pasiyentlərin sağlamlığını mümkün qədər tez bərpa etmək üçün düzgün diaqnoza və düzgün müalicəyə böyük diqqət göstərir.
Medistyle Hospital Türkiyə, Rusiya, Almaniya, İtaliya kimi ölkələrin klinikaları ilə əməkdaşlıq edir. Klinikada həmçinin elmi-praktik məşğələlərin və təlimlərin keçirilməsi üçün 80 nəfərlik konfrans zali, birbaşa əməliyyatxanadan görüntü ilə təmin olunmuş 2 ədəd 12 nəfərlik təlim mərkəzi fəaliyyət göstərir.
Tibbi heyətimiz kimliyindən, cinsindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə tibbi etika prinsipləri çərçivəsində keyfiyyətli tibbi xidmət göstərməyə çalışır. Medistyle Hospital bütün bu xüsusiyyətləri ilə ölkədə aparıcı tibb müəssisələrindən olmaq üçün çalışır.
Service Image
Service Image
Service Image

Qarşıya qoyduğumuz məqsəd - düzgün, operativ xidmət göstərmək, insanların tibbi xidmətlərə əlçatanlığını arırmaq və sağlamlığının qorunmasını təmin etməkdir.
Medistyle Hospital:
  • Cəmiyyətin bütün yaş təbəqələri üçün keyfiyyətli və etibarlı tibbi xidmət təmin edir
  • Xəstə hüquqlarına hörmətlə yanaşır
  • Geniş tibbi profilli heyətlə müasir və keyfiyyətli xidmət göstərir
  • Uğurlu, öz sahəsində uzman, əzmli komandaya sahibdir
  • Səhiyyə sektorunda çalışanlara iş imkanı yaradır
  • Gələcəyə səhiyyə işçiləri yetişdirir
Məqsədimiz beynəlxalq tibbi protokollarla ayaqlaşmaqdır. Artıq illərdir ki, Medistyle Hospitalda beynəlxalq standartlara uyğun tibbi xidmət və idarəetmə prinsiplərinin bünövrəsi qoyulmuş və etibar qazanmışdır.

Keyfiyyət siyasətimiz - Xəstəxanamıza daxil olan xəstələrin bütün sağlamlıq problemləri və səhiyyə sahəsindəki tələblərinin ixtisaslı tibbi hetəyimiz tərəfindən ən yüksək səviyyədə və ən yeni texnologiyalardan istifadə etməklə zamanında qarşılanmasıdır. Göstərilən xidmətlər digər tibb müəssisələrinə nümunə olacaq şəkildə, səhiyyə sahəsində qanunvericiliyin tələblərinə uyğun formada təqdim olunur.
Xəstələrimiz üçün:
  • Müalicə edilən xəstəyə ən yaxşı müayinə və müalicə xidməti tədqim edərək, həyat keyfiyyətini yüksəltmək, xəstə sağlamlığı və təhlükəsizliyini təmin etməkdir
  • Bu günün və gələcəyin elmi idarəetmə prinsiplərindən istifadə etmək
  • Pasiyentlərimizin gözləntilərini maksimum doğrultmaq
  • Qeyri-şərtsiz xəstə məmmuniyyətini təmin etmək
Əməkdaşlarımız üçün:
  • Sakit, səmimi, mehriban, səmərəli iş mühiti yaratmaqla əməkdaşlarımızın potensialını aşkar etmək
  • Güclü perspektiv yaratmaq
  • Onları mükafatlandırmaq
  • İşçilərimizin Xəstəxanamızı qəbul etməsinə imkan verərək əmək məhsuldarlığını artırmaq
Xəstəxanamız üçün:
  • İlk olaraq insan hüquqlarına hörmət
  • İşçilərin və həkimlərin peşəkar bir qrupunu yaratmaq üçün hər zaman onların inkişafını dəstəkləmək
  • Özümüzü daim dəyərləndirmək və daha yaxşısını etməyi hədəfləmək
  • Daimi və sağlam inkişaf məqsədindən güzəştə getməmək
  • Qanunlara və qanunvericiliyə uyğun keyfiyyətli tibbi xidmət göstərmək
  • Xəstə baxımı və idarə edilməsi standartlarını müəyyənləşdirmək və onlara sürətli sağalmanı təmin etmək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya