Musa Abbasov: Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir
- 27-07-2023, 14:29
- Səhiyyə
- 0
- 233
Bəzi internet saytlarında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Musa Abbasov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Musa Abbasov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Musa Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Musa Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Musa Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Musa Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Missiyamız
Xəstəxanamız cəmiyyətin bütün təbəqələrinə keyfiyyətli xidmət verən, xəstə hüquqlarına hörmətlə yanaşan, geniş tibbi profilli heyətlə müasir və keyfiyyətli xidmət göstərən, səhiyyə sektorunda çalışanlara iş imkanı yaradan və gələcəyə səhiyyə işçiləri yetişdirən bir mərkəzdir.Vizyonumuz
Məqsədimiz son tibbi texnologiyanı xəstəxanamızda tətbiq etmək, sağlamlıq sektorunda marka olmaq, ölkəmizdə və dünyada referans mərkəz olmaq, yerli və xarici vətəndaşlara keyfiyyətli xidmət göstərməkdir.Dəyərlərimiz
- Xəstə mərkəzlilik- Sübuta dayanıqlı təbabət
- Yüksək keyfiyyət
- Peşəkar, qayğıkeş və yüksək ruhlu kollektiv
- Araşdırmaçılıq
- Pasiyent və işçi məmnuniyyəti
Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı və 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xəstəxanamızda aşağıdakı şöbələr və bölümlər fəaliyyət göstərir.
* Təcili tibbi yardım xidməti şöbəsi
* Ürək və damar cərrahiyyə şöbəsi
* Kardiologiya
* Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsi
* Travmatologiya və ortopediya bölməsi
* Neyrocərrahiyyə bölməsi
* Poliklinika şöbəsi
* Pediatriya və Neanatologiya şöbəsi
* Stomatologiya bölməsi
* Urologiya şöbəsi
* Ginekologiya və doğum şöbəsi
* Anesteziologiya - reanimasiya və intensiv terapiya şöbəsi
* Radiologiya və şüa diaqnostika şöbəsi
* Otorinolarinqologiya şöbəsi
* Oftalmologiya şöbəsi
* Terapiya şöbəsi
* Nevrologiya bölməsi
* Nefrologiya bölməsi (hemodializ )
* Profilaktik təbabət, rəqəmsal təbabət və check-up mərkəzi
* Fizioterapiya və tibbi bərpa şöbəsi
* Laboratoriya
* Dalğıc işləri bölməsi
* Qan köçürmə şöbəsi
* Sənaye təbabəti xidməti
* Sığorta şöbəsi
Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən - ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən xarici təhsilli həkimlərimiz daima xidmətinizdədir. Xəstəxanamızda bizim bir xəstəxana olaraq üstünlüyümüz daim inkişaf edən xəstəxana olmağımızdır.
Bizi başqalarından fərqləndirən cəhətlər isə:
* 24 saatlıq iş rejimi (bayram və istirahət günləri də daxil olmaqla)
* Çox funksional tibbi mərkəz
* Yüksək ixtisaslı tibbi personal
* Qərb ölkələrində təhsil alan həkimlər, xaricdən dəvət olunan mütəxəssislər
* Eksklüziv tibbi xidmətlər
* Münasib qiymət siyasəti
* Qərb istehsalı olan müasir tibbi avadanlıqlar
* “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.
Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Türk Standartları İnstitutunun mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir.