Главная > --- > Eltun Süleymanov: " Ali Baş Komandan İlham Əliyevin Milli Məclisdə çıxışı fəaliyyət proqramı idi"
Eltun Süleymanov: " Ali Baş Komandan İlham Əliyevin Milli Məclisdə çıxışı fəaliyyət proqramı idi"24-09-2024, 17:35. Разместил: admin |
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Fəxrlə demək olar ki, bu il prezident və parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilib. Bu əslində tarixi hadisədir. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib. Hər bir Azərbaycan vətəndaşı bu tarixi hadisələrdən qürur duyur. Artıq Milli Məclisin ilk iclaı keçirildi və cənab Prezident İlham Əliyev ilk iclasında çıxış etdi, ölkə qarşısında duran bəzi vəzifələri açıqladı. Bu çıxış əslində gələcək fəaliyyət üçün bir proqram məzmunu daşıyırdı, fəaliyyət yollarını göstərirdi. Bu sözləri aia.az-a Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Eltun Süleymanov bildirib ki, Prezident İlham Əliyevin çıxışını diqqətlə izlədim. Dövlət başçısının hər kəlməsinə maraq göstərdim. Dolğun və məzmulu çıxışında cənab Prezident deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”. Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”. Bu isə o deməkdir biz yalnız özümüzə güvənməliyik və daha güclü olmalıyıq. Xalq olaraq birliyimizi, gücümüzü bütün dünya gördü. 30 il davam edən işğala da bu iradə ilə son qoyduq. Cənab Prezident xüsusi vurğulayıb ki, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”. Bu cür qətiyyətli lideri olan xalq heç vaxt məğlub olmaz. Ölkənin iqtisadi qüdrəti və onun düzgün istiqamətləndirilməsihesabına hərbi gücün artırılması indi daha vacibdir. Axı hələ də qələbəmizi həzm edə bilməyən, erməniləri silahlandıran qüvvələr var və indi daha diqqətli və ayıq olmalıyıq. Zəfərimizi, qələbəmizi əbədi yaşatmalıyıq. Cənab Prezident onu da bildirib ki, “Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.” Bu belə də olacaq. Bizim güclü ordumuz və güclü birliyimiz var. Bu səbəbdən də Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazıldı. Bu Zəfərin memarı Ali Baş Komandan İlham Əliyev və Qəhrəman Azərbaycan əsgəridir. Silahlı Qüvvələrimizin bu möhtəşəm qələbəsi nəticəsində işğalçı Ermənistan dizi üstə çökdürüldü və kapitulyasiya aktına imza atmağa məcbur edildi-deyə Eltun Süleymanov fikrini yekunlaşdırıb. Вернуться назад |