Главная > --- > Eltun Süleymanov: "Qarabağ universitetinin açılması da tarixi ədalətin bərpasıdır"

Eltun Süleymanov: "Qarabağ universitetinin açılması da tarixi ədalətin bərpasıdır"


21-09-2024, 15:47. Разместил: admin
Eltun Süleymanov: "Qarabağ universitetinin açılması da tarixi ədalətin bərpasıdır"


Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Böyük tarixi həqiqətləri geniş mənada izah edən bu fikirlər tək bu gün yox, tarix böyu öz dəyərini və əhəmiyyətini qoruyub saxayacaq. Azərbaycan var olduqca Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. 90 mindən çox gəncin Vətən uğrunda İkinci Qarabağ müharibəsində iştirakı çox qürurverci faktdır və Azərbaycan gəncliyinin nəyə qadir olduğunun, necə yetişdirildiyinin təsdiqidir.

Bu sözləri aia.az-a Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Eltun Süleymanov onu da əlavə edib ki, 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günündə Qarabağ universitetinin açılması və burada cənab Prezidentin möhtəşəm çıxışı əslində siyasi və tarixi baxımdan çox böyük məna daşıyır. Çıxışın hər cümləsi bir tarixi hikmət, beynəlxalq ədalətin bərpasının aydın izahı idi. Cənab Prezidentin Qarabağ universitetindəki çıxışı ilə tarixi dəyərlərə və zəfərimizə bir daha aydınlıq gətirdi. Qarabağ Universitetinin yaradılması doğrudan tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Cənab Prezident çıxışında bu məsələdən də ətraflı danışıb. Deyib ki, “Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.”
Bu gün hər bir Azərbaycan vətəndaşı bu tarixi hadisə ilə qürur duymalıdır və duyur da. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dönəmində Xankəndində yaradılan ali təhsil müəssisəsi uzun illərdən sonra Dövlət suverenliyi günündə müasir formada, universitet statusunda fəaliyyətə başladı. Demək ki, bu təhsil müəssisəsi də tam mənası ilə öz azadlığına və əsil sahiblərinə qovuşdu-deyə Eltun Süleymanov fikrini yekunlaşdırıb.


Вернуться назад