Главная > --- > Erməni təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi
Erməni təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi16-09-2024, 11:05. Разместил: admin |
2023-cü ilin sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı. Ali Baş Komandanın göstərişi ilə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digər legitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Qanunsuz silahlı qruplaşmaların tərk-silah edilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu. Antiterror tədbirləri XXI əsrin hərb tarixinə qızıl hərflərlə adı yazılmış bir hadisədir. Çünki 23 saat ərzində çox geniş bir coğrafiyada, geniş tərkibdə olan silahlı qüvvələrə qarşı Azərbaycan ordusu uğurlu hərbi əməliyyat keçirdi. Bu hərbi əməliyyat həm taktiki, həm də strateji cəhətdən tam olaraq qalib olduğumuz hərbi tədbirlər idi. Antiterror tədbirlərinin əsas mahiyyəti ondan ibarət idi ki, torpaqlarımızdakı separatçı qüvvələr tamamilə ərazilərimizdən təmizləndilər. İkincisi isə Azərbaycan ərazi bütövlüyü tam olaraq bərpa edildi və Azərbaycan ərazisində sadəcə Azərbaycan qoşunları qaldı. Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar. Zülfüqar Cəfərov-YAP Sbaunçu rayon təşkilatının sədr müavini Вернуться назад |